“VİP XİDMƏTLƏR QRUPU ” MMC-NİN SİYASƏTİ

Şirkətin siyasəti

 “VİP Xidmətlər Qrupu” MMC-nin keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində siyasəti “Keyfiyyət Menecment Sistemi”nin ISO 9001:2015 və “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”nin İSO 45001:2018 beynəlxalq standartlarının tələbləri əsasında İnteqrasiya olunmuş menecment sisteminin (İMS) tədbirlərinin yerinə yetirilməsi yolu ilə:

 

  • yerüstü xidmətlərin göstərilməsi zamanı uçuşların təhlükəsizliyinin, keyfiyyətli xidmətin təmin edilməsinə;

 

  • brend məhsullarını rəqabətli qiymətə təqdim etməklə müştəri məmnunluğuna nail olunmasına, keyfiyyətli xidmətin təmin edilməsinə;

 

  • təhlükəsiz və sağlam əmək şəraitinin, istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin daima azaldılmasının və aradan qaldırılmasının təmin olunmasına yönəlmişdir.

 

Öz fəaliyyətində “VİP Xidmətlər Qrupu” MMC aşağıda göstərilən prinsipləri rəhbər tutur:

 

·        Sağlamlığın mühafizəsinin, əməyin təhlükəsizilyinin, keyfiyyətin, o cümlədən yanğın və ekologiya təhlükəsizliyinin təmin olunması;

 

·        Şirkətimizin fəaliyyətini Azərbaycan Respublikasının qanunvericilik, İSO 9001:2015 və ISO 45001:2018 beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək üçün tədbirlər planın hazırlanması və tədbirlərin vaxtında icrasının təmin edilməsi;

 

·        İMS-nin müntəzəm şəkildə təkmilləşdirilməsi və İSO 9001:2015, İSO 45001:2018 Beynəlxalq standartlarının, İSAGO Aviasiya standartının tələblərinə, ICAO və IATA Beynəlxalq Aviasiya təşkilatlarının müvafiq standart və tövsiyyələrinə uyğunlaşdırılması yolu ilə xidmətin təhlükəsiz və stabil keyfiyyətlə təqdim edilməsi;

 

·        Keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin edilməsi işində şirkətin personalının maksimal iştirakına şəraitin yaradılması;  

 

·        Təhlükələrin müəyyən edilməsi üçün prosesin tərtib edilməsi, tədbiq edilməsi və işlək vəziyyətdə saxlanılması;

 

·        Risklərin idarə olunması prosesinin menecment sistemində tədbiq edilməsi;

 

·        İctimai təhlükəsizliyə zərər gətirmədən istehsalat sahələrində xidmət göstərmək;

 

·        İş yerləri avadanlıqla, zəruri resurslarla və texniki təminatla təchiz edilməsi;

 

·        Praktik və təhlükəsiz iş üsulların tədbiq edilməsi;

 

·        Təhlükəli iş şəraitin təmin edilməsi üçün mütəmadi olaraq risklərin qiymətləndirilməsinin aparılması və yeni texnologiyaların tədbiq edilməsi;

 

·        Təhlükəsizliyin təmin olunması məqsədi ilə bütün personalın təhlükəsizlik sahəsində məsuliyyətinin və vəzifələrinin müəyyən edilməsi;

 

·        İstehsalat prosesləri zamanı yaranan təhlükəli faktorların fəsadları üzrə risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üçün təhlükə faktorları barədə məlumatların təqdim olunması üsulunun və təhlükənin mənbəyinin müəyyən olunması, risklərin tənzimlənməsi prosesinin tətbiq olunması və təkmilləşdirilməsi;

 

·        Keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində göstəricələrin daima yaxşılaşdırılması;

 

·        Personalın vaxtaşırı olaraq keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizlik sahəsində biliklərinin artırılması;  

 

·        Gülərüz və yüksək hazırlıqlı personalın işə qəbul edilməsi;

 

·        Qabaqcıl, yenilənmiş texnologiyaların tətbiqi və avtomatlaşdırma səviyyəsinin artırılması yolu ilə istehsalatın effektivliyinin artırılması;

 

·        Müştərilərlə davamlı əlaqələrin qurulması və onların tələb və gözləntilərini müəyyən edilməsi;

 

·        Qida məhsullarından zəhərlənmə ehtimalını istisna etmək məqsədi ilə qida məhsullarının saxlanılması və istifadəsini istehsalçının tələbləinə uyğun olaraq həyata keçirilməsi;

 

 

 

·        Müvafiq sistem vasitəsi ilə baş verən insidentlər, mövcud olan təhlükələr, risklər və imkanlar barəsində məlumat verən əməkdaşların təqib edilməsinə imkan verilməməsi;

 

·        Keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində şirkətin fəaliyyətini reqlamentləşdirən qanunvericiliyin tələblərinə riayət edilməsi, aviaşirkətlərlə bağlanmış standart sazişlər (SGHA və SLA) əsasında vaxtında və keyfiyyətli xidmətlərin göstərilməsi və korporativ şirkətlər və partnyorlar ilə bağlanmış müqavilələr əsasında yerüstü xidmətlərin göstərilməsi və brend məhsulların təqdim edilməsi;

 

·        Müştərilərimizə bazarda mövcud olan ən keyfiyyətli, arzuolunan brend məhsullarını təklif etmək üçün Beynəlxalq brendlərlə tərəfdaşlıq qurmaq;

 

·        Sərnişinlərin Brend məhsulların satış məntəqələrində məmnunluğunu təmin etmək məqsədi ilə müntəzəm olaraq brend məhsulların kolleksiyalarının yenilənməsi, çeşidlərin artırılması və sərnişinlərlə aparılmış sorğuya əsasən yeni brend şirkətlərlə əməkdaşlığın yaradılması;

 

·        Satış prosesinin təkmilləşdirilməsi, keyfiyyətli və rəqabətli qiymətdə brend məhsulların təklif edilməsi ilə müştərilərin məmnunluğunun təmin edilməsi.

 

Şirkətin rəhbərliyi, aşağıda göstərilənlər üçün bütün lazımi tədbirləri görəcəkdir:

 

·        Şirkətin siyasətini bütün maraqlı tərəflərin nəzərinə çatdırılması;

 

·        Yuxarıda göstərilən vəzifələrin yerinə yetirilməsi üçün lazımi vəsaitləri təqdim etmək;

 

·        Keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində siyasəti həyata keçirmək;

 

·        İMS-nin effektivliyinin daimi yaxşılaşdırmaq, tələblərə uyğunluğun təmin etmək və maliyyələşdirmək;

 

·        İMS-nin tələblərinə uyğunluq üzrə iş prosesində şirkətin bütün personalının fəal iştirakı təmin etmək;

 

·        İş prosesinin monitorinqi və rəhbərlik tərəfindən sonradan edilən analizi təmin etmək;

 

·        Hazırki siyasətin şirkətin keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində mövcud olan risklərinin dərəcəsinə və xarakteristikasına uyğunlaşdırmaq;

 

·        Keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məqsədlərin müəyyən edilməsi və onların təhlilinin aparılması üçün əsas yaratmaq;

 

·        Şirkətin siyasətinin sənədləşdirmək, tədbiq etmək və aktual səviyyədə saxlamaq;

 

·        Bütün personala Şirkətin məqsədləri barəsində məlumat vermək;

 

·        Hazırki keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində siyasətin Şirkətin fəaliyyətinə uyğunluğunun təmin etmək və aktuallığının müəyyən edilməsi məqsədi ilə vaxtaşırı olaraq monitorinqi keçirmək;

 

·        İMS-nə təsir göstərə bilən daxili və xarici faktorları müəyyən etmək;

 

·        Əmək mühitinin yaxşılaşdırılması üçün işçilərin zərurətlərini və gözləmələrini müəyyən etmək;

 

·        Keyfiyyət, Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi üzrə menecment sisteminin Şirkətin istehsalat proseslərinə inteqrasiya olunmasını təmin etmək;

 

Şirkətin siyasətinin onun strateji istiqamətlərinə, məqsədlərinə, ölçüsünə və kontekstinə, Keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsindəki risk və imkanlarının spesifik xüsusiyyətlərinə uyğun olması üçün hazırki sənədin daim işlək vəziyyətdə saxlanılması.

Şirkətin siyasəti