"VİP Xidmətlər Qrupu" MMC

Qaydalar və şərtlər

Ümumi qaydalar.


1. Xidmətlərin göstərilməsi “Bakı VIP” və ya “Gəncə CIP” zallarında 3 saatadək, “Salam Lounge”, “Absheron Lounge”, “Premium Lounge”, “Baku Club” və ya “Muğam Lounge” zallarında 2 saatadək müddət ərzində nəzərdə tutulur.


2. “Bakı VIP” və ya “Gəncə” CIP zallarında uçuşun 1 saatadək gecikməsi zamanı sərnişinə göstərilən əlavə xidmətə görə ödəniş tətbiq olunmur.


3. Uçuşun 1 saatdan artıq gecikməsi zamanı sərnişinə “Bakı VIP” və ya “Gəncə” CIP zallarında göstərilən əlavə xidmətə görə, hər əlavə 1 saat üçün müəyyən olunmuş standart tarifin 15%-i tətbiq edilir;


4. “Bakı VIP” və ya “Gəncə” CIP zallarının xidmətlərindən istifadə etmiş sərnişin uçuşunu həyata keçirmək üçün HG-nə min-dikdən sonra, sərnişinin təqsiri olmayan səbəblərdən uçuş yubanmaları olduqda, bununla əlaqədar uçuş qabağı xidmət gös-tərildiyi zala qayıtmaq istəyini nəzərə alaraq, sərnişinə əvvəlki reyslə uçuşunu davam etdirdiyi halda, təkrarən zalın xidmətlə-rindən müəyyən olunmuş tarifin 50% güzəştlə istifadə etmək imkanı verilir.


5. “VIP Xidmətlər Qrupu” MMC tərəfindən təqdim edilən xidmətlərin tarif dərəcələri “Bakı VIP” zalında ayrıca otaqdan istifadə etmək imkanı” və “Aviasərnişinin “Bakı VIP” zalından HG-dək və ya HG-dən “Bakı” VIP zalınadək fərdi nəqliyyat vasitəsi ilə aparılması” xidmətləri bir yerdə sifariş olunduğu halda qeyd olunan xidmətlərin ümumi məbləğinə 30 % güzəşt tətbiq edilir. 


6. Reysin uçub getməsinə və ya uçub gəlməsinə ən azı 3 saat qalmış xidmətlərdən istifadə etmək məqsədi ilə verilən sifarişlər, işçi qüvvəsi və digər zəruri resursların olub-olmamasının dəqiqləşdirilməsindən və sifarişin icra edilməsi üçün hər hansı digər əngəlin qalmaması dəqiqləşdirildikdən sonra bu sifariş Rezervasiya və informasiya mərkəzi tərəfindən qəbul edilə bilər. Bu halda qəbul edilmiş sifarişdə hər hansı dəyişiklikliyin edilməsi və Sifarişçi tərəfindən əvvəlcədən ödənilmiş məbləğin geri qay-tarılmaması barədə Sifarişçiyə yazılı şəkildə məlumat verilir.


7. Sifarişçi, xidmətlərdən istifadə etmək məqsədi ilə verdiyi sifarişini reysin uçub getməsinə və ya uçub gəlməsinə 3 saat qaldığı halda ləğv etdikdə, ödəniş tələb edilmir. Sifariş üzrə əvvəlcədən ödəniş aparıldığı halda ödənilən məbləğ Sifarişçinin müraciətinə əsasən Sifarişçiyə qaytarılır və ya digər sifarişin ödənişinə yönəldilir.


8. “Bakı VIP” zalında xidmət və ya “Salam Servis” xidmət paketlərinin göstərilməsi, eyni qaydada “Gəncə” CIP zalında aviaşir-kətlərin müntəzəm reysləri ilə uçub gedən və ya uçub gələn sərnişinlər ”VIP Xidmətlər Qrupu” MMC-nin əməkdaşlarının hərə-kətləri və ya hərəkətsizliyi səbəbindən xidmətdən qismən istifadə etdiklərinə və ya istifadə etmədiklərinə görə Sifarişçi tərə-findən ödənilən xidmət haqqının 100%-i həcmində məbləğ Sifarişçi fiziki şəxs olduğu halda onun yazılı müraciətinə əsasən geri qaytarılır, korporativ müştərilərin sifarişlərinə görə isə hesab təqdim edilmir. 


9. “Bakı VIP” zalında xidmət və ya “Salam Servis” xidmət paketlərinin göstərilməsi, eyni qaydada “Gəncə” CIP zalında aviaşir-kətlərin müntəzəm reysləri ilə uçub gedən və ya uçub gələn sərnişinlər öz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən xidmət-dən qismən istifadə etdiklərinə və ya istifadə etmədiklərinə görə Sifarişçi tərəfindən ödənilən xidmət haqqı geri qaytarılmır. Bu halda korporativ müştərilərin sifarişlərinə əsasən qarşı tərəfə 100%-i həcmində ödəniş aparılması üçün hesab təqdim olunur.


10. “Bakı VIP” zalında xidmət və ya “Salam Servis” xidmətinin xidmət paketlərinin göstərilməsi, eyni qaydada “Gəncə” CIP za-lında aviaşirkətlərin müntəzəm reysləri ilə uçub gedən və ya uçub gələn sərnişinlər 3-cü tərəfin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən xidmətdən qismən istifadə etdiklərinə və ya istifadə etmədiklərinə görə Sifarişçi tərəfindən ödənilən xidmət haq-qının 50% həcmində məbləğ Sifarişçinin yazılı müraciətinə əsasən geri qaytarılır. Bu halda korporativ müştərilərin sifarişlərinə əsasən qarşı tərəfə 50%-i həcmində ödəniş aparılması üçün hesab təqdim edilir.


11.Müvafiq sənədlər təqdim olunduğu halda tarif dərəcələri 2 (iki) yaşınadək uşaqlara tətbiq olunmur.


12. Hesablaşmalarda ƏDV Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq tədbiq edilir.