Xidmətə daxildir:
24/7 xidmətin bronlaşdırılması
Portye xidməti (Sərnişinin baqajının Terminalın girişindən ümumi zalın qeydiyyat duracağınadək daşınması);
Sərnişinin Terminalın girişində qarşılanması, Terminalın girişindəki aviasiya təhlükəsizliyi məntəqəsindən fərdi müşayiət olunaraq reysə qeydiyyatının həyata keçirilməsi üçün ümumi zalın qeydiyyat duracağına müşayiət olunması;
Reysə qeydiyyat üzrə müvafiq rəsmiləşmələr bitdikdən sonra sərnişinin vaxtında uçuşqabağı prosedurlardan (aviasiya təhlükəsizliyi üzrə baxış, gömrük və sərhəd nəzarəti) ayrıca duracaqlardan fərdi müşayiət edərək müvafiq minik qapısına (Gate) müşayiət edilməsi;
Uçuşla bağlı məlumatların verilməsi
Qeydlər:
1. 0 - 2 yaşadək uşaqlara təsdiqedici sənədlər əsasında ödəniş tətbiq olunmur;
2. 2 - 12 yaşarası sərnişinlərə təsdiqedici sənədlər əsasında əsas tarifin 50% tətbiq edilir;
3. Məhdud hərəkətli sərnişin olduqda texnologiyaya uyğun xidmət təşkil edilir.